A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi Maliyyə və mühasibat fakültəsi və SABAH Mərkəzinin təşkilatçılığı ilə Bektash Travel şirkətinin təsisçisi Məhəmməd Aqiloğlu tərəfindən “Karyera Planlaması” mövzusunda master klass keçirilmişdir.

Təlim zamanı tələbələr uğurlu karyeraya gedən pilləli sistemlə tanış olmuş, maraqlı məlumatlar əldə etmişdir.

2 saat baş tutan təlimdə 15 dəqiqəlik kofe fasiləsi elan edilmişdir.

Daha sonra SABAH Mərkəzi THİK sədri İbrahim Əhmədov, Maliyyə və mühasibat fakültə THİK sədri Kərim Kərimov və Bektash Travel şirkətinin təsisçisi Məhəmməd Aqiloğlu tələbələrin suallarını cavablandırmışdır.

Son olaraq aktiv iştirak edən tələbələr sertifikat ilə təltif edilmiş, 5 nəfər tələbə Bektash Travel şirkətində təcrübə şansı əldə etmiş və 10 nəfərdən artıq tələbə iş şansı əldə etmişdir. 

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR