A

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNEC-də konsert keçirilib.

Tədbirdən əvvəl Biznes və menecment fakültəsinin THİK sədri, təşkilatçı Şamxal Bağırzadə çıxış edərək, konsertin keçirilməsinə şərait yaratdığı üçün universitet rəhbərliyinə və THİK-in sədri Rüfət Süleymanlıya təşəkkürlərini bildirib. Daha sonra qonaqların və tələbələrin bayramını təbrik edib, onlara xoş əyləncələr arzulayıb. Bu çıxışdan sonra bayram konserti açıq elan olunub.

İfaçı qonaqlar tələbələrin zövqüncə mahnılar səsləndirib, onlara əyləncəli dəqiqələr yaşadıblar. Konsert proqramının ortasında zala daxil olan sürpriz qonaqlar böyük maraqla qarşılanıb, tələbələrin əyləncəsinə daha da əyləncə qatıblar. Konsertin sonunda ifaçı qonaqların birlikdə iştirakı ilə canlı musiqilər səsləndirilib, zalda bayram ab-havasını yaradıblar. Tələbələr səhnəyə çıxaraq qonaqlarla birlikdə rəqs ediblər.

Bayram konsertinin keçirilməsində məqsəd, bayram və imtahan qabağı tələbələr üçün xoş təəssüratlar yaratmaq və onların əyləncəsi üçündür.

THİK ənənəvi olaraq bu cür konsert proqramları və layihələr təşkil edərək, tələblərin əyləncəsinə də önəm verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay