A

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri “Breyn Rinq”  intellektual yarışmasının qalibi olublar.

IMZA Groupun təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən intellektual yarışma maliyyə və mühasibat uçotu üzrə təhsil alan tələbələrin bu sahəyə marağını daha da artırmaq, tələbələr arasında sağlam rəqabət mühiti yaradaraq, onlara beynəlxalq kvalifikasiyalara yiyələnməkdə dəstək olmaqdır.

“Dünənin tələbələri – bu günün mütəxəssisləri!” şüarı altında yeni nəsil maliyyəçilər üçün keçirilən  intellektual yarışın finalında UNEC, Xəzər Universiteti və Bakı Mühəndislik universitetlərindən olmaqla ümumilikdə 8 komanda bilik uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı keçən intellektual müsabiqənin qalibi UNEC-in komandası olub. UNEC komandası yarışda ilk 2 yeri qazanıb.

Qaliblər IMZA Group tərəfindən ACCA təlim kurslarında təhsil almaqla bərabər, müxtəlif mükafatlarla təltif olunublar.

Qeyd edək ki, UNEC tələbələrinin müxtəlif müsabiqə və beynəlxalq yarışlarda ilk yerlərin sahibi olması artıq ənənə halını alıb.

Qalib komandanın tələbələrini təqdim edirik:

1-ci yerin qalib komandasının üzvləri:

Samir Məmmədov
Ülvi Səmədli
Aidə Qəhrəmanova
Elşən Qəhrəmanov
Əsəd Qaralov

2-ci yerin sahibləri:

Cavad Aliyev
Qönçə Muradlı
Nigar Valiyeva
Nurlan Mahmudov
Bəxtiyar Nəzərli
Qönçə Muradlı

Tələbələrimizi təbrik edirik, onlara yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay