A

UNEC-də xalqımızın qədim mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan “Novruz Ovqatı” adlı şənlik, “İqtisadçı Tələbələrə Dəstək” İB-nin təşkil etdiyi ədəbi-bədii və iqtisad məzmunlu kitablardan ibarət xeyriyyə yarmarkası, “Dizayn” kafedrasının təşəbbüsü ilə Novruz bayramına həsr edilmiş fərqli məzmunlu şəkillərdən ibarət sərgi və UNEC Skautlar Dəstəsinin guşəsi təşkil edilmişdir.

UNEC rektoru, professor Ədalət Muradov yarmarkada təqdim edilmiş kitablarla tanış olaraq, bir neçəsini əldə etmişdir. Şəkillərdən ibarət sərgi ilə tanış olduqdan sonra Skautlar Dəstəsinin guşəsində tələbələrlə ünsiyyətdə olmuşdur.

Tədbirdə tələbələrin Novruz atributlarından ibarət hazırladıqları xonçalar, şənliyə xüsusi bayram ab-havası verib. Fakültə və kafedraların hazırladıqları bir-birindən maraqlı xonçalar arasından Distant, qiyabi və əlavə təhsil mərkəzinin təqdim etdiyi “Cocuq Mərcanlı”dan gətirilmiş xüsusi tərtibatlı xonça qalib seçilmişdir.

UNEC Yaradıcılıq Mərkəzinin təşkil etdiyi Bahar qızı və Dədə Qorqudun aparıcı olduqları Novruz şənliyi xüsusi maraqla qarşılanmışdır. Professor-müəlllim heyətinin, tələbələrin qatıldığı tədbirdə Novruz bayramının məşhur personajları kosa və keçəlin iştirakı, UNEC Yaradıcılıq Mərkəzinin istedadlı tələbələrinin musiqi nömrələri ilə çıxışları, Əfqan milli rəqsləri, UNEC əməkdaşı Rizam Mehdiyevin yerli və xarici mahnıları ifa etməsi xüsusi bayram ab-havası yaratdı.

Tədbir zamanı Dədə Qorqudun verdiyi suallara düzgün cavab verən qalib tələbələrə hədiyyələr təqdim edilmişdir. Novruz ənənələri və atributları UNEC-in əcnəbi tələbələrinin xüsusi marağına səbəb olmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay