A

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta mövzusunda master-klass keçirilib.

Bakalavr, magistrant və məzunların iştirak etdiyi təlimdə sektor üzrə praktiki biliklər paylaşılıb, ən son yanaşmalar, risklərinin qiymətləndirmə meyarları barədə məlumat verilib.

Təlimdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin əməkdaşı Hilal Səfərov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Elsevər Tanrıverdiyev, ATA Sığorta şirkətinin sığorta xidmətlərin departamentinin direktoru Fariz Hacızadə, Atəşgah sığorta şirkətinin sığorta risklərinin qiymətləndirilməsi idarəsinin rəisi Günel Rəhimova,  Aktuari Elvin Əfəndi iştirakçılara praktik məlumatlarla yanaşı, bu istiqamətdə karyera imkanları, potensial imkanlar barədə öz təcrübələrini paylaşıblar. Sığorta sahəsində cəmiyyətdə maarifləndirmə işinin aparılması, hadisələr zamanı sığorta xidmətindən yararlanma, müəyyən prosedur qaydaları barədə geniş izahlar verilib.  

 Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay