A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 31 mart soyqırımının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Kollecin direktoru dos. Oruc Məmmədov çıxışında qeyd edib ki, 1918-ci ilin martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı amansız qırğın törətmişlər.

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin bir qrup əməkdaşı - Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d. Tural Şiriyev iştirak ediblər.

S.Nəsirova “Tarixi irsimizin öyrənilməsinin əhəmiyyəti”, E.Dadaşov "31 mart soyqırımının öyrənilməsində fotomaterialların əhəmiyyəti" və T.Şiriyev "Soyqırım anlayışı və onu yaradan tarixi psixoloji amillər" mövzusunda məruzələrlə çıxış ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR