A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) tələbələri Azərbaycan Dövlət Gənclər Fondu tərəfindən təşkil olunan layihənin qalibi oldu.

Azərbaycan Gənclər Fondunun 11-ci Qrant Müsabiqəsi çərçivəsində “İrəli İctimai Birliyinin” təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsi keçirilmişdir.

Bu layihədə iştirak edən komandalar arasında Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) tələbələri də var idi. Komandanın heyəti 3-cü kurs tələbələri Tural Rəhimli, Yalçın Hüseynli, Kamran Əliyev, Sədi Bəşirlidən  ibarət olaraq, “Magna” adı ilə layihədə iştirak ediblər. 

Layihədə 10-a yaxın universitet, 20-yə yaxın komanda müraciət etmişdir. Müraciətdən sonra aparılan dəyərləndirmə nəticəsində “Magna” komandası əsas mərhələyə seçilmişdir. Bu turda isə 8 komanda içərisində olan Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) tələbələri layihənin qalibi olmuşdur.

Layihə çərçivəsində keçirilən Biznes Simuliasiya Oyununun yekunlarına görə “Magna” komandası rəqiblərini böyük fərqlə geridə qoymağı bacarmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay