A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının kollektivi Aprel döyüşlərində şəhid olan Sərxan Bayramovun məzarını ziyarət ediblər.

Filialın “İqtisadiyyat” kafedrasının dekanı, dosent Həqiqət Qədimova və tələbələr Sərxan Bayramovun ailə üzvləri ilə birlikdə şəhidin əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər.

Ziyarət zamanı şəhidin anası Sərxanla bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli, lakin qısa ömür yolundan danışıb. H.Kərimova Sərxanın qəhrəmanlıq hekayəsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirirək, xalqımızın onun kimi igid oğullarla həmişə fəxr edəcəyini vurğulayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR