A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) Aprel döyüşlərinə həsr olunan açıq dərs keçirilib.

“Xarici dillər” kafedrasının müəllimi Aynur Mirzəyevanın keçdiyi açıq dərs “Military English” (Hərbi ingilis dili) mövzusunda olub.

Hərbi paltarlar geyinən birinci kurs tələbələri UNEC-in aprel şəhidi Tural Dadaşov və Mahir Mirzəyev haqqında ingilis dilində təqdimatla çıxış ediblər. Eyni zamanda hərbi terminlərdən istifadə edərək, ordu quruculuğu, hərbi vətənpərvərlik, qələbə mövzularında xəbərlər hazırlayıblar.

Qeyd edək ki, UNEC-in gənc müəllimi Aynur Mirzəyevanın ingilis dilində tematik xarakterli açıq dərsləri mütəmadi olaraq keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay