A

UNEC-in  İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Əli Əliyev və Türk Dünyası İqtisad  fakültəsinin II kurs tələbəsi Vüsal İsmayılov Türkiyədə keçirilən “Yeni Denge Arayışları” adlı “Gənclərlə 360 dərəcə” VI Beynəlxalq Tələbə Konfransında iştirak ediblər. 

Türkiyənin Manisa şəhərində Uludağ Universiteti, Beynəlxalq Vizyon Universiteti və Sakarya Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 26 ölkəsindən 35 universitetin tələbəsi birgə müzakirələr aparıblar.

Vüsal İsmayılov "2008-2018 Dönemi Çin Halk Cumhuriyyetinin Dış Ticaret Verilerinin İncelenmesi",  Əli Əliyev isə “Azərbaycan'da Neft və Post Neft Dövrünün İqtisadiyyatı” mövzusunda çıxış ediblər. 

Konfransda UNEC tələbələrinin çıxışları yüksək qiymətləndirilərək, onlara xüsusi sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR