A

Bu gün UNEC-in məzunu, şəhid Mahir Mirzəyevin anım günüdür.

Mahir Sabir oğlu Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub.

36 saylı orta məktəbi bitirib, 2011-ci ildə 541 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Mahir universitetdə keçirilən vətənpərvərliyə aid bütün tədbirlərdə fəal iştirak edib.

2015-ci ildə UNEC-in İqtisadiyyat və sənaye fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb.

Mahir 2016-cı ildə, aprel döyüşlərində Tərtər rayonu istiqamətində qəhrəmanlıqla şəhid olub. Şəhid aprelin 9-da torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Vətən uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsində ucalan məzunlarımızın ruhu qarşısında baş əyirik.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay