A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Ulduz” Şokolad Fabrikində növbəti informasiya turunda olublar.

İnformasiya turu çərçivəsində keçirilən görüşdə fabrik rəhbərliyi tələbələrə şirkətin tarixi və karyera imkanları barədə məlumat verib. Daha sonra tələbələr fabrikdə  görülən işlərlə tanış olub, şirkətin istehsal sahələrinə, müasir laboratoriyalarına baxış keçiriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara şirkətin xüsusi hədiyyələri təqdim edilib.

İnformasiya turu UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay