A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə KPMG şirkətinin növbəti karyera günü keçirilib.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 4-cü kurs tələbələri KMPG Azərbaycan nümayəndəliyində işə qəbul üçün test imtahanından (Verbal and Numerical Reasoning Test) keçiblər.

İmtahanlardan uğurlu nəticə əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Hər iki mərhələni qazanan namizədlər isə nüfuzlu şirkətin peşəkar heyəti ilə işə başlayacaq.

Qeyd edək ki, analoji imtahanlar müvafiq fakültələrdə də təşkil ediləcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR