A

Bu gün UNEC rektoru, professor Ədalət Muradov rektorun qəbuluna yazılmış Universitet tələbələri ilə görüşmüşdür. Rektorun qəbul etdiyi hər bir tələbənin müraciəti diqqətlə dinlənilmiş, qaldırılmış məsələlərin yerində həlli, araşdırılması və zəruri addımların atılması məqsədi ilə müvafiq tapşırıqlar verilmişdir.

Müraciətlərdə tələbələr rektordan imtahanları yenidən vermək, yay semestrindəki imtahan vaxtlarının dəyişdirilməsi, təcrübə yerinin dəyişdirilməsi, təqaüd, diplom işləri, qaib limitinin aşılması, akademik borclar, fərq imtahanları, kəsr imtahanları ilə bağlı olmuşdur.

Qeyd edək ki, UNEC rektoru hər həftə tələbələrin qəbulunu həyata keçirir. Hər ayın ilk şənbə günü UNEC-də “Açıq Qapı” günləri keçirilir.

UNEC-də təkliflərin dinlənilməsi, şikayətlərin operativ araşdırılması və rektorun qəbuluna qeydiyyata düşmək üçün “Qaynar xətt” xidməti fəaliyyət göstərir. “Qaynar xətt” həftə içi hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Təkliflərin dinlənilməsi, şikayətlərin araşdırılması üçün: 1846-1-1, Rektorun qəbuluna qeydiyyata alınmaq üçün: 1846-1-3 qısa nömrələrinə müraciət etmək olar.

Tələbələr onları maraqlandıran, həmçinin, sualları ünvanlamaq üçün UNEC-in Facebook səhifəsinə müraciət edə bilərlər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR