A

UNEC-in SABAH qrupunun tələbəsi Fərqanə Bayramlı Litvada beynəlxalq layihədə iştirak edib.

Litvanın Sosial İnnovasiya Fondu və Azərbaycanın “Gələcəyə Körpü” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən  Erasmus+  öyrənmə mobilliyi çərçivəsində təşkil olunan beynəlxalq layihədə UNEC-in tələbəsi ilə birlikdə 15 nəfər iştirak edib.

Layihənin məqsədi gənclərin sahibkarlıq və liderlik fəaliyyətlərini araşdırmaq, onların potensial bacarıqlarını daha da inkişaf etdirmək, təşkilatların bu istiqamətdə uğurlu təşəbbüslərini öyrənmək olub.

Layihə çərçivəsində Litvanın Kaunas və Vilnüs şəhərlərində Azad İqtisadi Zonaya, İnnovasiya və startup mərkəzlərinə, FESTO (robotlar) irimiqyaslı şirkətə, Kaunas Elm və Texnologiya parkına və digər mərkəzlərə səfərlər təşkil olunub.

Qeyd edək ki, SABAH qrupunun 4-cü kursunda menecment ixtisası üzrə təhsil alan Fərqanə Bayramlı CAVAN Gənclər Hərəkatı İctimai Birliyinin meneceri vəzifəsində də çalışır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay