A

İqtisadiyyat fakültəsi mentorluğu tərəfindən yeni “MƏnXARİC” adlı layihəyə start verilib.

UNEC-in gənc müəllimi, fakültənin baş mentoru Zeynəb Qiyasovanın təşəbbüsü ilə reallaşdırılan “MƏnXARİC” layihəsində universitetlərarası anlaşma, mübadilə və ikili diplom proqramlarına qoşularaq xarici universitetlərdə təhsil alan tələbələrin həmin universitetdə oxuduqları müddətdə nümayiş etdirdikləri fəallıq, ölkəmizin milli adət-ənənələrinin xarici ölkələrdə təbliği, dövlətimizin tarixi reallıqlarının tanıtımı ilə bağlı sərgilədiyi təşəbbüslər və əldə etdiyi uğurlardan bəhs olunur.

Layihənin həyata keçirilməsinin əsas məqsədlərindən biri də tələbələr arasında ikili diplom və mübadilə proqramlarına həvəsin artırılmasıdır.

“MƏnXARİC” layihəsinin bu dəfəki iştirakçıları universitetlərarası ikili anlaşma proqramı ilə  xaricdə təhsillərini davam etdirən İqtisadiyyat fakültəsinin tələbələri 197-3 saylı qrup tələbəsi İdris Yusif oğlu Tağıyev və 183 saylı qrup tələbəsi Xəyal Rövşən oğlu İsgəndərlidir. Adı çəkilən tələbələr 2018-2019-cu tədris ilinin yaz semestrindən etibarən bir semester müddətində təhsillərini Türkiyənin Niğdə Ömər Halisdəmir Universitetində davam etdirirlər. Hər iki tələbə universitetin ictimai işlərində nümunəvi davranışlar göstərdiyinə görə dəfələrlə mükafat bəlgələri əldə etmiş, milli-mədəni dəyərlərimizin təbliği, həmçinin UNEC təhsil mühitinin xaricdə tanıtımı istiqamətində təşəbbüslər göstərmişlər.  

Qeyd edək ki, “MƏnXARİC” layihəsində mübadilə proqramlarında iştirak edən tələbələrlə yanaşı müəllimlərin də ezam olunduğu xarici universitetlərdə fəaliyyətinin işıqlandırılması nəzərdə tutulur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay