A

UNEC Tələbə Elmi Cəmiyyəti, İqtisadiyyat fakültəsi və “AIESEC”in birgə təşkilatçılığı ilə "Global Volunteer" layihəsi haqqında informasiya sessiyası keçirilmişdir.

Tədbirdə tələbələrə xaricdə praktiki iş təcrübəsi qazanmaq, müxtəlif ölkələrdən olan insanlarla görüşmək,yeni mədəniyyətlərlə tanış olmaq və müxtəlif ölkələri kəşf etmək barədə məlumatlar verilmişdir. "Global Volunteer" layihəsinin 6-8 həftəni əhatə edən təcrübə proqramı olması, könüllünün seçdiyi xarici ölkədə sosial layihələrdə iştirak etməklə həm praktiki iş təcrübəsi, həm də başqa ölkələrdən olan dostlar qazana bilməsi kimi üstünlüklər tələbə auditoriyasının diqqətinə çatdırılmışdır.

Təlimçilər son 5-il ərzində 650-dən çox Azərbaycan gəncinin bu proqramla xaricdəki təcrübə proqramlarından yararlandığını da vurğulayaraq, gəncləri bu layihəyə qoşulmağa dəvət etdilər. Tələbələrin istək və maraqlarını nəzərə alaraq Tələbə Elmi Cəmiyyəti və “AIESEC” birlikdə bu cür informasiya sessiyaları davamlı şəkildə keçirəcəkdirlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR