A

UNEC-in  Zaqatala filialında tarix üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Akif Məmmədli, Zaqatala Turizm İnformasiya Mərkəzinin əməkdaşları ilə turizm ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilmişdir.

"Regionun turizm və tarixinin vəhdəti" adlı görüşdə Akif Məmmədli turizmlə tarixin qarşılıqlı fəaliyyətindən geniş söz açmış, regionun tarixi abidələri haqqında tələbələrə hərtərəfli məlumat vermişdir.Tələbələr görüşü maraqla qarşılamış və suallar vermişlər. Filialın müəllim və tələbələri tədbirdə öz xoş təəssüratlarını bölüşmüşlər. Turizm  informasiya mərkəzinin direktoru Ramin Əsgərov tələbələrə bələdçilik haqqında məlumat və məsləhətlər vermişdir. Görüşün sonunda Akif Məmmədli müəllifi olduğu üç  kitabı filiala hədiyyə etmişdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay