A

Cari ilin aprel ayının 26-sı tarixində UNEC-in II tədris binasında “Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova açaraq könüllülük mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, eyni zamanda ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verdi. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, nazirliyin “Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Səyyarə Məmmədova, eləcə də “Ekoloji təbliğat və ictimaiyyətlə əlaqələr” şöbəsinin əməkdaşları: Aynur Cavadova, Mehriban Mirhəsənli, Aysel Ramazanova, UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri professor Validə Mehdiyeva, həmçinin həmin kafedranın əməkdaşları iştirak etmişlər.

Çıxış edən nazir müavini Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində gedən yeniliklərin, gənclərin işlə təmin olunması üçün geniş imkanların olmasının və bu prosesdə UNEC tələbələrinin iştirakının vacibliyindən danışdı. Daha sonra şöbə müdiri Səyyarə Məmmədova işin mahiyyətini daha geniş açıqlayaraq könüllülük şərtlərini izah etdi. Həmçinin bildirdi ki, gələcəkdə könüllülər üçün bu istiqamətdə təlimlər də təşkil olunacaqdır.

Tədbirdə universitetimizin  Ekologiya, İqtisadiyyat və Texnoloji ixtisaslar üzrə təhsil alan tələbələr iştirak etmiş və Nazirlik tərəfindən təqdim olunan könüllülüyə üzv olma blanklarını doldurmuşlar.

Sonda tələbələrin müxtəlif məzmunlu sualları nazir müavini və nazirliyin əməkdaşları tərəfindən ətraflı  cavablandırılmışdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR