A

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbə və kursantları arasında 8 ali təhsil müəssisəsini təmsil edən komandaların iştirakı ilə “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan yarışda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası 1-ci yerə layiq görülmüşdür. Yarışda 2-ci yerə Azərbaycan Polis Akademiyası, 3-cü yerə isə Bakı Ali Neft Məktəbinin komandaları çıxmışdır. 

Qalib gələn UNEC komandasına Sadıqov Yusifəli (Beynəlxalq İqtisadiyyat Məktəbi, II kurs qrup 1028), Məmmədov Anar (Beynəlxalq İqtisadiyyat Məktəbi,II kurs qrup 1006), Nəzərli Bəxtiyar (Beynəlxalq İqtisadiyyat Məktəbi,II kurs qrup 1027), Məmmədli Nihad (Biznes və menecment fakültəsi, II kurs qrup 532), Həmzəyev Heydər (Rus İqtisad Məktəbi, I kurs qrup 531) daxil olublar. 

Yarışda UNEC ilə bərabər, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Polis Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.  

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay