A

UNEC-də təhsil alan 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasında ümumi orta müvəffəqiyyət göstəricisinə görə yüksək nəticə göstərən tələbələr mükafatlandırılmışdır.

Mükafatlandırma mərasimində I, II, III, IV kursda təhsil alan ÜOMG-nə görə ən yüksək nəticə göstərən Ekspertiza və standartlaşdırma fakültəsi tələbələrinə diplom, medallar təqdim olunmuşdur. 

Mükafatlar UNEC Ekspertiza və standartlaşdırma fakültə dekanı dosent Tofiq Osmanov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin Ekspertiza və standartlaşdırma fakültə üzrə sədri Tural Vəlizadə tərəfindən təqdim olmuşdur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay