A

Azərbaycan Milli Konservatoriyasında (AMK) istedadlı gənclərin estrada-vokal müsabiqəsinin yekun konserti olub.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (TGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılan layihədə UNEC-in tələbəsi Rauf Məmmədzadə də vokal bacarığını nümayiş etdirib.

Ötən ilin dekabr ayından start götürən layihə üç mərhələdən ibarət olub. Müsabiqənin ilkin mərhələsində 107 nəfər iştirakçı rəsmi qeydiyyata alınıb. Daha sonra ən yaxşı 30 iştirakçı müsabiqənin ikinci turunda çıxış edib. Yekunda isə 14 müxtəlif ali təhsil müəssisəsindən ən yaxşı 16 iştirakçı müsabiqənin final mərhələsinə - qala konsertinə vəsiqə qazanıb.

Qala konsertdə 16 nəfər gənc və istedadlı finalçı canlı ifa ediblər.

Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə vokal janrı üzrə birinci yerə Rus İqtisad Məktəbinin 4-cü kurs tələbəsi, Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin üzvü Rauf Məmmədzadə layiq görülüb.

İkinci yeri Anadolu Universitetinin tələbəsi Elçin Əliyev, üçüncü yeri Azərbaycan Dillər Universitetinin tələbəsi Şahverən Babayev qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay