A

UNEC Türk Dünyası İqtisad fakültəsi tələbəsi uğura imza atıb. TUDİFAK Biznesin İdarəedilməsi ( İşletme) ixtisasının IV kurs tələbəsi Asiman Məmmədli ölkəmizdə ilk dəfə təşkil olunan “Azerbaijan Design Award” (ADA) adlı müsabiqədə ən yaxşı qablaşdırma dizaynı üzrə ikinci yerə layiq görülüb.

Son illər beynəlxalq aləmdə dizayn trendlərinin sürətlə yenilənməsini nəzərə alaraq ilk dəfə keçirilən ADA layihəsi ölkədə dizayn səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilir.

Müsabiqəyə qeydiyyatdan keçən iştirakçılar arasında birinci mərhələdə mütəxəssislər tərəfindən qiymətləndirilən işlər arasından ən yaxşılar qəbul olunur. Qəbul olunan işlər isə anonim olaraq münsiflərə təqdim olunur, gizli səsvermə nəticəsində “short list” formalaşır və hər kateqoriya üzrə 5 layihə yer alır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay