A

UNEC-in tələbə-rektoru Elmir Sadıqov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müvafiq əmrinə əsasən ATGTİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin edilib.

Elmir Sadıqov 2016-cı ildə UNEC-in Maliyyə ixtisasına qəbul olub, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin “SABAH” qruplarında təhsil alır. Təhsil aldığı dövrdə elmi fəaliyyətlə yanaşı, universitet daxili və xarici, ictimai işlərində də yaxından iştirak etmişdir. Bir müddət universitetdə SUES ictimai birliyində elmi-tədqiqatlar və araşdırmalar üzrə koordinator, fakültə üzrə TGT sədri, "İqtisadçı Tələbələrə Yardım" İctimai Birliyində sədr müşaviri kimi çalışıb. UNEC-də fəaliyyət göstərən "İqtisadçı" Vətənpərvərlər Mərkəzininin “SABAH” qrupları üzrə ilk sədri kimi fəaliyyət göstərib. 2016-2017-ci illərdə Enactus UNEC komandasının əməliyyat komandası üzrə üzvü olub. Bununla yanaşı, Təhsil Nazirliyinin Universitet Kitabxanaları üzrə Nəzarət-Təftiş komissiyasının üzvü kimi çalışıb.

ATGTİ-nin təşkil etdiyi 10-cu Yubiley Qış Liderlik Məktəbinin, Gənc Diplomatlar Məktəbinin və Vergilər Nazirliyinin təşkil etdiyi Qış Məktəbinin məzunu, eləcə də Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "Arxeoloji Düşərgənin" iştirakçısıdır. Bununla yanaşı 1 ildən çox ATGTİ-nin Layihələr departamentində könüllü və baş koordinator kimi çalışıb. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR