UNEC-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə Avrasiya Patent İdarəsi (APİ) tərəfindən gənclərin əqli mülkiyyət sahəsinə marağının artırılması məqsədilə hər il “Gələcəyə baxış” devizi altında keçirilən Avrasiya patent universiadasında iştirak etmək arzusunda olan istedadlı tələbələrlə görüş keçirilib.
Universiadanın əsas məqsədlərindən biri elmi ixtiraların keyfiyyətinin artırılması və tətbiqi xarakter daşıması üçün tələbələrdə marağın formalaşdırılması,əldə edilən elmi nəticələrin kommersiyalaşdırılması, əqli fəaliyyət nəticələrinin və innovasiya texnologiyalarının kommersiyalaşdırılmasına xidmət edən start-up layihələrinin yaradılmasının stimullaşdırılmasıdır.
Tələbələr tərəfindən təqdim ediləcək layihələrin nəticələrinə patent hüququnun əldə olunması üçün UNEC-in Texnologiya Transfer şöbəsi tərəfindən lazımi işlərin görülməsi iştirakçıların nəzərinə çatdırılmışdır.