A

İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə fakültə tələbələrinə “NİRVANA: Beyin idarəsi və bədən dili” adlı təlim keçirilmişdir.

Dərnəyin üzvü, fakültənin IV kurs tələbəsi Orxan Çobanovun təşəbbüsü ilə keçirilən təlimdə təlimçi Orxan Şahbaz “Nirvana - beyinin idarəedilməsi”, bədən dili bacarıqları, danışdığın insanın beynini analiz edə bilmək, nitq və jestlərdən istifadə edilməsi, əl jestləri, görüşmə zamanı əl sıxma, diplomatların etdiyi mükəmməl bədən dili hərəkətləri, gözlərlə jestlərin edilməsi kimi mövzularda tələbələr məlumatlandırılmışdır.

Müzakirə xarakterli keçirilən təlimdə tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının nəzdində yaradılan “İqtisadçı” tələbə elmi dərnəyinin rəhbəri UNEC-in gənc müəllimi Zeynəb Qiyasovadır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR