A

UNEC-də özəl sektor ilə akademik sektorun, təcrübə ilə nəzəriyyənin görüşünü təşkil etmək məqsədi ilə mütəmadi olaraq layihələr həyata keçirilir.

Növbəti tədbir olaraq UNEC Türk Dünyası İqtisad Fakültəsində “Təcrübə Danışır” layihəsi keçirildi. 300 nəfərdən çox tamaşaçı TUDİFAK tərəfindən təşkil olunan “Sabahın Dünyası” başlıqlı, “Təcrübə Danışır” layihəsində iştirsak etdi.

Tədbirdə spiker qismində “Azərsun Holding”, Strateji marketinq departamentinin rəhbəri Sanar Məmmədov, Sumqayıt Texno Park (STP), Marketinq və kommunikasiya rəhbəri Cavid Abasov, “Yello Advertising”, təsisçi Namiq Bayramov, “Meteor Agentliyi”, təsisçi Rəsul Həsənov, “Dəfinə Qrup” MMC, təsisçi Elşən Məhərov, Kənd təsərrüfatı nazirliyi “Agro Azərbaycan” müəssisəsinin nümayəndəsi Hacıağa Əliyev, “Kontakt Home”, Marketinq mütəxəssisi Xanım Quliyeva çıxış ediblər.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilmiş tədbirdə tələbələrə akademik və nəzəri bilikləri öyrətdikdən sonra, onların hər biri məzun olduqdan sonra özəl sektora doğru yönələcəkdir. Məhz buna görə də, özəl sektorda uğur qazanmış təcrübəli insanlar öz uğurlarını, eyni zamanda sektordakı istiqamətin dünəni, bu günü, sabahı haqqında tələbələrə məlumat verdilər.

“Sabahın dünyasının insanlardan tələbi nədir?” sualına birlikdə cavab axtarıldı. Layihədə  Brendinq, Influencer Marketinq, Strateji Marketinq, sosial medianın kənd təsərrüfatında rolu, kommunikasiyanın inkişaf mərhələləri, Biznes planın qurulması, dəyişimə hazırlıq və motivasiyamızın necə olmalı olduğu haqqında danışıldı.

Tədbirin aktiv iştirakçılarına sertifikat və müxtəlif hədiyyələr verildi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR