A

UNEC-də Texnologiya və dizayn fakültəsinin tələbələrinin təşəbbüsü və UNEC 24/7 kitabxananın dəstəyi ilə “Yaşıl alma” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə UNEC 24/7 kitabxananın müdiri Arzu Məmmədova dövrümüzün ən aktual mövzularından biri olan gənclərin düzgün qidalanmasının əhəmiyyətindən bəhs edib. “Qida məhsulları texnologiyası” kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova düzgün qidalanmanın “qızıl qaydaları”nı açıqlayaraq, qeyri-sağlam qidaların orqanizm üçün törətdikləri fəsadlardan danışıb.

Tədbirdə fakültənin II kurs tələbələri Səbinə Tağıyeva və Qənirə Məmmədova mövzu ilə çıxış ediblər. Sonra isə özlərinin xüsusi resept ilə hazırladıqları “Yaşıl Alma” piroqu, şirin kökələr və digər şirniyyatları tədbir iştirakçılarına və UNEC 24/7 kitabxanasının oxucularına təqdim ediblər.

“Yaşıl Alma” müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay