A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümü münasibəti ilə “Ulu Öndərin sevdiyi mahnı və şer çələngi” adlı konsert proqramı  keçirilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Ulu öndər Heydər Əliyevin xalqımızın dərin köklərə malik olan milli musiqisinin, eləcə də incəsənətinin bütün sahələrinin gözəl bilicisi olduğunu vurğulayıb. Bildirib ki, “Bizdən sonra əməllərimiz qalacaq” deyən, bu müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək gənclərin mənəvi borcudur. S.Qəndilova bu baxımdan bügünkü konsert proqramının böyük əhəmiyyət daşıdığını qeyd edib.

UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə keçirilən konsert proqramında Ümummilli  lider Heydər Əliyevin sevdiyi şeirlər səsləndirilib. İstedadlı tələbələrin ifasında “Küçələrə su səpmişəm”, “Sənsiz”, “Sevgili canan”, “Sənə də qalmaz”, “Üzüyünün qaşı” kimi bəstəkar və xalq mahnıları ifa olunub.

Konsert proqramı tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay