A

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin finalçıları müəyyənləşib.

Münsif heyətinin dəyərləndirməsindən sonra 40 biznes ideyadan 5 layihə -  “ViewGo”, “Oyuncaqçı”, “Kitablı”, “One click-One hand” və “Bio Bone” finala vəsiqə qazanıb. Qeyd edək ki, final mərhələsinə çıxan layihələrin ideya müəllifləri UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti və Xəzər Universitetinin tələbələridir.

Növbəti mərhələdə komandalar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 15-17 may tarixlərində təlim və mentorluq dəstəyi alacaqlar.

Final mərhələsində biznes ideyaların təqdimatı keçiriləcək, qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaq. Belə ki, müsabiqədə 1-ci yerin sahibi 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay