A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ali Baş Komandanın əmrinə və Vətənin müdafiəsinə həmişə hazırıq” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.

UNEC-də keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə UNEC-in professor-müəllim heyəti və tələbələrlə yanaşı, “Azərbaycan Ehtiyatda olan Zabitlər Konfederasiyası” İB-nin sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emil Həsənli, "Azərbaycan Əfqanıstan Veteranları" İB-nin sədri Məhəmməd Vəliyev, “20 yanvar” cəmiyyətinin sədrinin müavini Mustafa Əliyev, “Vətən müharibəsi veteranları” İB-nin sədri Fizuli Rzaquliyev, Milli qəhrəman, polkovnik-leytenant Vahid Quliyev,  “Azərbaycan bayrağı” ordenli polkovnik Hikmət Ağayev də iştirak ediblər.

UNEC-in iqtisadi məsələlər üzrə prorektoru, müharibə veteranı, dosent Mikayıl Zeynalov ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimizə, şanlı hərb tariximizə sədaqət ruhunda tərbiyə edilməsinin aktual mövzulardan biri olduğunu qeyd edib. Bu istiqamətdə dövlət rəhbərliyi səviyyəsində ardıcıl və məqsədyönlü işlərin aparıldığını diqqətə çatdıran M.Zeynalov UNEC-də mütəmadi olaraq maarifləndirici tədbirlərin və görüşlərin keçirildiyini qeyd edib.

Tədbirdə hərbçilərimizin dövlətçiliyimizin qorunması, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən danışılıb. Bildirib ki, bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etməyə tam hazırdır.

Çıxışlarda gənclərin hərbi vətənpərvərlik hissinin yüksəldilməsi üçün bu yöndə silsilə tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin bu gün ordu sıralarına göndərilən gənclərin əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən tam hazırlıqlı olduqları deyilib.

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib, dövlətimizin başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqət xüsusi vurğulanılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay