A

UNEC-in İqtisadiyyat fakültəsi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.

Fakültə dekanı dosent Asiman Quliyev İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Nəsiminin 600 illik yubileyi dövlət səviyyəsində məhz 70-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib və tarixdə ilk dəfə UNESCO tərəfindən bir Azərbaycan şairinin yubileyinin layiqincə keçirilməsinə nail olunub.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli Nəsimi yaradıcılığı haqqında məlumat verdikdən sonra AMEA-nın Dilçilik İnstitutunun baş elmi işçisi, professor Sevil Mehdiyeva və Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçiləri dosent Qüdsiyyə Qəmbərova və dosent Türkan Əsgərova çıxış ediblər.

Sonda fakültənin ixtisas mentoru dosent Təranə Xəlilovanın tələbələri dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərini söyləyiblər, musiqi parçaları səsləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay