A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Kapital Bank” ASC  tərəfindən tələbə, magistr və məzunlar üçün məlumatlandırıcı görüş və karyera günü keçirilib.

UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov mərkəzin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar, iş dünyası ilə əməkdaşlıq layihələrindən danışıb.

Kapital Bankın İnsan Resursları Departamentinin İşəqəbul şöbəsinin rəhbəri Nərgiz Əzimova çıxışı zamanı bankın fəaliyyəti haqqında geniş məlumat çatdırıb. O, iştirakçılara bank karyera imkanları, perspetkiv imkanlar haqqında informasiya verib.

Daha sonra karyera günü çərçivəsində vakanasiyalar üzrə sənəd qəbulu keçirilib. Ümumilikdə, 150-ə yaxın namizəd bankda çalışmaq üçün müraciət edib. Kapital Bankın İnsan Resursları Departamentinin nümayəndələri iştirakçıların təcrübə proqramı, vakansiya şərtləri və müraciət qaydaları barədə suallarını cavablandırıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR