A

UNEC ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq çərçivəsində silsilə tədbirlər davam edir.

İqtisadiyyat fakültəsinin “turizm və otelçilik”, “ekologiya”, “iqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələri “Absheron Hotel Group”a daxil olan “Boulevard Hotel Baku” və “Intourist Hotel Baku” otellərində infoturda olublar.

“Boulevard Hotel Baku”da təşkil olunan infoturda “turizm və otelçilik” ixtisası qruplarının mentoru, “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının dosenti Elşən Məmmədov, “Intourist Hotel Baku”da “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Məmmədova Rəsmiyyə, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi Afaq Hacıyeva və fakültənin tələbə-mentoru Nərmin Zeynallı tələbələri müşayiət edib. 

İnfoturda otel nümayəndələri tələbələrə otellərin fəaliyyəti və karyera imkanları barədə məlumat veriblər. Sonra tələbələr otellərin struktur bölmələrinin praktiki fəaliyyəti, eyni zamanda otellərin nömrə fonduna daxil olan müxtəlif dərəcəli otaqlarla tanış olublar.

Tur zamanı tələbələri maraqlandıran sualları Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru Bahar Qəniyeva cavablandırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR