A

UNEC-də “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdiriməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi sahəsinə daxil olan təşkilatların nümayəndələri iştirak edib.

UNEC-in iqtisadi məsələlər üzrə prorektoru, dosent Mikayıl Zeynalov tədbirin keçirilməsinin əsas məqsədi barədə məlumat verib. Tədbirin Azərbaycan Respublkası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5-ci bölməsinin icrası ilə əlaqədar qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma işinin  aparılması məqsədilə təşkil olunduğunu qeyd edib.

Məşğulluqla bağlı məsələlərin dövlətin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi İlkin Həsənov qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söz açıb.

Tədbirdə çıxış edənlər əhalinin məşğulluğunun təmin olunması istiqamətində qarşıda duran vəzifələrdən danışıblar, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlərdən, eləcə də təbliğat-maarifləndirmə işlərindən bəhs ediblər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR