A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq maarifləndirici xarakterli tədbir keçirilmişdir.

Kollecin direktoru dos. Oruc Məmmədov çıxış edərək dövlət tərəfindən bərk məişət tullantılarının idarə edilməsi sahəsində həyata keçirilən tədbirlərin bəhrəsindən, bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və hər kəsin üzərinə düşən vəzifələrdən danışdı.

UNEC rektorunun kollec üzrə məsləhətçisi prof. Nuru Mikayılov çıxışında bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, bərk məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən və onların təkrar emalından danışdı.

Kollecin I kurs tələbəsi Nəzrin Bağırzadə istehsalat və məişət tullantıları haqqında qanunvericilik bazasından, bu sahədə istifadə edilən anlayışların məzmunu və mahiyyəti haqqında məlumat verdi.

Kollecin müəllimi Xurmaxanım Məlikova “Bərk məişət tullantılarının idarə edilməsi: milli və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış etdi. O, Azərbaycanda uğurla həyata keçirilən tədbirlərdən və Koreya təcrübəsindən bəhs etdi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR