A

UNEC-in tələbələri 28 May Respublika Günü münasibətilə İstiqlal muzeyində olublar.

Ümumi işlər üzrə prorektor İlham Hüseynovun rəhbərliyi ilə İstiqlal Muzeyi ziyarət edən tələbələr Xalq Cümhuriyyəti dövrünə aid maraqlı eksponatlarla tanış olublar. UNEC tələbələrinə ilk dövlət muzeyində Azərbaycanın müstəqillik dövrünü əks etdirən tarixi faktlar və sənədlər barədə məlumat verilib. Müstəqil Azərbaycan Respublikasının tarixini, həmçinin Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini əks etdirən sənədlər, tarixi faktlar tələbələrin xüsusi marağına səbəb olub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay