A

UNEC-də “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Narkotiklərə Qarşı Təbliğat İctimai Birliyinin sədr müavini  Leyla Yolçiyeva və birliyin əməkdaşları iştirak ediblər.

UNEC-in prorektoru, dosent Səadət Qəndilova bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlardan və ölkəmizdə bu istiqamətdə aparılan məqsədyönlü tədbirlərdən söz açıb. S.Qəndilova bu sahədə gənclərin ictimai fəallığının artırılması və onların mütəmadi olaraq maarifləndirilməsinin vacib rol oynadığını vurğulayıb.

Tədbirdə L.Yolçiyeva və birliyin əməkdaşları çıxış edərək narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat veriblər. Narkomaniyanın müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb və faciəvi nəticələrə gətirib çıxardığını diqqətə çatdıraraq, narkomaniyanın insanların sağlamlığına, mənəviyyatına ziyan vurmaqla yanaşı, həm də gənclər arasında narkotiklərə aludəçilik hallarının artmasına səbəb olduğunu qeyd ediblər.

Çıxışlardan sonda birliyin əməkdaşları tərəfindən tələbələrə narkotiklərlə mübarizəyə dair maarifləndirici bukletlər və kitabçalar paylanılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay