A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 28 May - Respublika Gününə həsr olunan “Yaşa, Azərbaycan” (“Long live, Azerbaijan!”) mövzusunda  tədbir keçirilib.

“Xarici dillər” kafedrasının dosenti Sevinc Ələkbərzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə Respublika Gününün yaranma tarixindən danışılıb, 1918-ci ildə yaradılan Cümhuriyyətin bugünkü müstəqilliyimizdə rolu barədə fikir mübadiləsi aparılıb.

Tələbələr ingilis dilində etdikləri təqdimatlarla Azərbaycanı xaricdə təmsil etmək, ölkəmizin tarixini bütün dünyaya çatdırmaq istiqamətində ingilis dilində danışıq vərdişlərini inkişaf etdiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay