A

UNEC Tələbə Elmi Cəmiyyətinin  hesabat seçki konfransı keçirilib.

Konfransda tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova TEC-in 2018/2019-cu tədris ilindəki ictimai fəaliyyətindən bəhs edib. Bu müddət ərzində UNEC-də tələbələrin elmi fəaliyyətinin daha da yüksəldiyini, tələbələr arasında maraqlı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

TEC-in elmi rəhbəri, dosent Emin Qəribli  Scopus indeksli jurnallarda tələbələrin məqalələrinin dərc olumasının vacibliyindən danışıb, TEC-in tərkibində fəaliyyət göstərən dərnəklərin elmi tədqiqat istiqamətində tələbələrin müəllim heyəti ilə çevik inteqrasiyasında mühüm rolundan bəhs edib.

Daha sonra TEC sədri Nərmin Heydərova 2018/2019-cu tədris ili üçün hesabatını səsləndirib, hesabat videoçarxı nümayiş olunub.

Konfransda 2019/2020-ci tədris ili üçün TEC sədri vəzifəsinə namizəd olan Cavidan Adilzadə, Ramiz Şükürov və Zəka Əhmədlinin platformaları dinlənilib.

Namizədlərin çıxışından sonra qapalı səsvermə keçirilib. Böyük səs çoxluğu ilə İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Ramiz Şükürov UNEC TEC-nin yeni sədri seçilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay