A

UNEC ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq çərçivəsində silsilə tədbirlər davam edir.

İqtisadiyyat fakültəsinin dekan müavini Mehriban Kərimzadənin, "Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi" kafedrasının dosenti, fakültənin ixtisas  mentoru Elşən Məmmədovun və tələbə-mentor Nərmin Zeynallının təşəbbüsü ilə tələbələr “Absheron Hotel Group”a daxil olan “Bilgah Beach” otelində infoturda olublar.

İnfoturda otel nümayəndələri tələbələrə otellərin fəaliyyəti və karyera imkanları barədə geniş məlumat veriblər. Sonra tələbələr otellərin struktur bölmələrinin praktiki fəaliyyəti, eyni zamanda otellərin nömrə fonduna daxil olan müxtəlif dərəcəli otaqlarla tanış olublar.

İnfoturun sonunda tələbələri maraqlandıran sualları  “Absheron Hotel Group” Gəlirlər və Biznesin inkişafı üzrə qrup direktoru Bahar Qəniyeva cavablandırıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR