A

UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı növbəti müəllim-tələbə formatında debat keçirilib.

İqtisadiyyat fakültəsi nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin yeni sədri, UNEC Yaradıcılıq mərkəzinin fəal üzvü, ekologiya ixtisaslı III kurs tələbəsi Rəşad Aslanın təklifi ilə 3 müəllim və 3 tələbənin birgə təqdimatında yeni formatda keçirilən “1 müəllim – 1 tələbə” debatında müəllimlər “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasının dosenti Elşən Məmmədov, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Təranə Şirvanova, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi, layihənin müəllifi Zeynəb Qiyasova və tələbələr ekologiya ixtisaslı III kurs tələbəsi Rəşad Aslan, ekologiya ixtisaslı I kurs tələbəsi Türkan Rəhimova, dünya iqtisadiyyatı ixtisaslı III kurs tələbəsi Mirlazım Dadaşov birgə fikir mübadiləsi yürütmüşlər.

Debat boyunca beynəlxalq tədbirlərin ölkə iqtisadiyyatına, turizmin hazırki vəziyyətinə, dünya ölkələri ilə əməkdaşlığa, iqtisadi artıma təsirinin müsbət və mənfi tərəflərinə həsr olunmuş mövqelər səsləndirilmişdir.

Qeyd edək ki, debat sosial şəbəkə vasitəsilə canlı yayımlanmışdır.

Linkə keçid:

https://m.facebook.com/iqtisadiyyatmentor?ref=bookmarks#!/story.php?story_fbid=154123198967288&id=100031088272848

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay