A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən Debat klubunun birgə təşkilatçılığı ilə "Ümummilli liderin 96 illiyinə həsr olunmuş Bakı Debat Forumu" keçirilib.

Debat Klubunda Azərbaycan bölməsi üzrə 4 (“Dollara-manat”, “rADİUs”, “Monopoliya” və “Tanrının övladları”), rus bölməsi üzrə isə 3 komanda (“Rubla-manat”, “Polushko-pole” və “77-ci diviziya”) təmsil olunub. 
Final oyununda Bakı Debat Forumunun qalibi Azərbaycan bölməsi üzrə “rADİUs” (Nəzrin Umudova, Nərmin Bayramova, Aytac Həsənova), rus bölməsi üzrə isə “Rubla-manat” (Aydan Quluzadə, Elnur Babazadə, Sona Mehdiyeva) komandası olub.
Forumun "Ən yaxşı məşqçi"si Azərbaycan bölməsi üzrə Ülviyyə Axundova, rus bölməsi üzrə Nicat Səfərov olub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay