A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və “İqtisadçı” İntellektual klubunun birgə təşkilatçılığı ilə keçirilən UNEC NHN Liqasının 2018-2019-cu tədris ili üzrə yekun turu keçirilib.

Tələbələrin böyük maraqla qarşıladıqları yarışda “Epsilon” komandası həm sezon, həm də II dövrənin qalibi olub. “RİB” komandası II, “Trivi” komandası isə III yerə layiq görülüblər.

Qaliblər kubok və sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, “İqtisadçı” İntellektual klubu bu il 400-dən çox tələbənin iştirakı ilə 20-dən artıq yarış keçirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay