A

UNEC-in Zaqatala filialında ilk dəfə olaraq yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradovun yeni qəbul olan tələbələrə ünvanlandığı təbriki səsləndirilib. Sonra filialın direktoru, professor Orucəli Rzayev, Zaqatala rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Əhmədov, İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıblar və yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim ediblər.

Filialın tədris binasında təşkil olunan “Oriyentasiya günü”ndə birinci kurslara dekanlıq, kafedra, gənc müəllimlər, tyutorlar, tələbə təşkilatları, kitabxana resursları barədə ətraflı məlumat verilib. Tələbələr auditoriyalar, informasiya-kommunikasiya mərkəzi, karyera mərkəzi, idman zalı və akt zalı ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay