A

Azərbaycan Beynəlxalq Bankı və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Texnologiya və dizayn fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.

Azərbaycan Beynəlxalq Bankının nümayəndələri çıxışları zamanı bildiriblər ki, bank korporativ sosial məsuliyyət layihəsi çərçivəsində IBA Tech Akademiyası yaratmışdır və akademiyanın fəaliyyətindən bu istiqamətdə ixtisaslaşmış İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzinin metodoloji kömək gəstərəcəkdir.

Qeyd edilib ki, Akademiyada təşkil olunan intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə (FrontEnd, BackEnd) 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər oktyabrın 10-dan Bakıda keçiriləcək. Namizədlər ilk sosial layihə kimi Akademiyada təşkil edilən 2,5 aylıq intensiv bootcamp kurslarda ödənişsiz qaydada proqramlaşdırmanın əsas istiqamətləri üzrə praktik bilik və bacarıqlara yiyələnəcəklər. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək.

IBA Tech Akademiyasına qəbul üçün son müraciət tarixi 30 sentyabrdır.

“DAN.IT” təhsil mərkəzinin rəmsiləri Kseniia Stolbova (CEO) və Andrey Kozulya (CTO) proqram haqqında ətraflı məlumatlar vermiş, tələbələrin suallarını cavablandırıblar.

18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər qəbul üçün akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

TOP XƏBƏRLƏR