A

UNEC Karyera Mərkəzi tələbələr üçün yeni xidmətin tətbiqinə başlayıb.

Mərkəz tərəfindən hazırlanan keys tipli test bazası əsasında tələbələrin işgüzar bacarıqları üçün test imtahanı keçiriləcək. 

Testlər tələbələrin iş mühitində karyera inkişafı, liderlik, təşəbbüskarlıq və biznes təfəkkürü kriteriyalarını dəyərləndirməyə yardım edəcək. Nəticələrdən asılı olaraq, tələbələrə müvafiq məsləhətlər və təlimlər təşkil ediləcəkdir.

Testin ilk tətbiqi isə UNEC-in Maliyyə və mühasibat fakültəsinin IV kurs tələbələri arasında təşkil olunub. 30 dəqiqə davam edən test imtahanında tələbələr simulasiya tipli situasiyalarda hansı qərarlar verə biləcəklərini qeyd ediblər. Nəticələr bir gün ərzində emal edilərək tələbələrə açıqlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay