A

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldırmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na  və “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq, UNEC-in “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının təşkilatçılığı ilə maarfləndirici tədbirlər keçirilib.

UNEC-in bütün fakültələrində təşkil olunan tədbirlərdə tələbələrə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması və bərk məişət tullantılarının səmərəli idarə edilməsi barədə ətraflı məlumatlar verilib, təqdimatlar keçirilib. Bildirilib ki, tədbirlər planından irəli gələn məsələlərin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir və dövlət tərəfindən problemlərin aradan qaldırılması üçün mühüm addımlar atılır.

Tədbir çərçivəsində tələbələrə UNEC-də hazırlanan “Bərk məişət tullantılarının kompleks idarə edilməsi” ilə bağlı broşürlar da təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay