A

UNEC-in Zaqatala filialında Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. 

Zaqatala filialının direktoru, professor Orucəli Rzayev Dövlət Bayrağının ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin rəmzi olduğunu və hər bir xalqın varlığının, mövcudluğunun sübutu, dövləti qurmağın və ona sahib çıxmağın əsas göstəricilərindən biri olduğunu qeyd edib. O. ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. Həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu diqqətə çatdırıb. 

"Ümumi fənlər" kafedrasının baş müəllimləri Qüdrət Qırtımov və Rəsul Makayev “Bayrağımız qürur və şərəfimizdir” mövzusunda çıxış ediblər. 

Tədbirdə Bayraq Gününəhəsr olunan videoçarx nümayiş etdirilib, tələbələr vətənpərvərlik mövzularında şeirlər səsləndiriblər və mahnılar ifa ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay