A

UNEC-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilib.

Maliyyə və mühasibat fakültəsi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dekan müavini, dosent Anar Hüseynov “İsmayıl Şıxlının 100 illik yubilieyinin qeyd edilməsi haqqında” ölkə Prezidentinin sərəncamına diqqət çəkərək, tədbirin sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin tədbirlər planına və UNEC rektorunun müvafiq əmrinə əsasən təşkil olunduğunu bildirib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli görkəmli yazıçının həyat və yaradıcılığından söz açıb, ədibin xüsusi ilə məşhur olan “Dəli Kür” romanını ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib. Kafedranın  professoru Maarifə Hacıyeva isə Xalq yazıçısı İsmayıl Şıxlını bir pedaqoq kimi xarakterizə edərək, tələbəlik illərində ondan dərs aldığını bildirib, istedadlı yazıçı ilə bağlı xatirələrini bölüşüb.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aytən Rüstəmzadə görkəmli yazıçının əsərlərini xarakterizə edib, bir-birindən fərqli obrazlar yaradan nasirin Azərbaycan ədəbiyyatında xüsusi xidmətlərindən söz açıb.

Tədbirin sonunda tələbələr kafedranın dosenti Gülbəniz İsmayılzadənin  rəhbərliyi ilə İsmayıl Şıxlıya həsr edilən mahnılar ifa ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay